2023-ci ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 91 mln. 226 min manat təşkil edib.
“Apa-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 7.6% və ya 6 mln. 441 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 84 mln. 785.4 min manat idi.
Bu dövrdə tibbi sığorta üzrə ödənişlərin həcmi 48 mln. 633 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 2.8% və ya 1 milyon 404 min manat azdır. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 50 mln. 38 min manata bərabər olub.
Sığorta ödənişlərinin azalması könüll tibbi sığorta üzrə zərərliliyi 9.7% azaldıb. Belə ki, 2022-ci ilin ilk 8 ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 59 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 53.3 manata bərabər olub.