Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb
# 13 may 2022 10:50 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 323,2 mln. manat təşkil edib. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 mln. manat və ya 7,4% artıb.
Bu ilin aprel ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 2,8% və ya 2,3 mln. manat artaraq 84,2 mln. manat olub. Bu ilin mart ayı ilə müqayisədə isə bu göstərici 6,6% və ya 5,2 mln. manat artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,3%-ni təşkil edib.
“Cari ilin ilk dörd ayında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 822,5 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-aprel aylarında real ifadədə 14,8% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR