Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşır

Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşır
# 21 dekabr 2021 17:27 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 9,668 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,7% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 34 mln. manatı ATM-lər, 3,501 mlrd. manatı POS-terminallar, 6,132 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, noyabrda elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekord qeydə alınıb. Belə ki, təkcə noyabrda elektron ticarət şəbəkəsində istifadəçilər 914 mln. manatlıq ödənişlər həyata keçiriblər. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR