Azərbaycanda ödəniş kartları 23% artıb

Azərbaycanda ödəniş kartları 23% artıb
# 26 sentyabr 2022 17:45 (UTC +04:00)

Bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 180 min ədəd artaraq 12 milyon 609 min ədəd təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22.4%, kredit kartları üzrə 26.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR