Azərbaycanda ödəniş kartlarının sayı 13 milyonu ötüb

Azərbaycanda ödəniş kartlarının sayı 13 milyonu ötüb
# 25 yanvar 2023 15:40 (UTC +04:00)

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən il 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2021-ci ilə nisbətən 20.1% çoxdur.

Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 29.4% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR