Azərbaycanda ötən il bankların kredit portfeli 19 mlrd. manatı ötüb

Azərbaycanda ötən il bankların kredit portfeli 19 mlrd. manatı ötüb
# 01 fevral 2023 10:58 (UTC +04:00)

Ötən il ölkədə bankların kredit portfeli 17,6% artıb və həcmi 19,6 mlrd. manata çatıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev "Aqrobiznesin inkişafı forumu"nda çıxışı zamanı deyib. Onun sözlərinə görə, cəmi kredit portfelinin 55,4%-ni biznes kreditləri təşkil edib.

"Bu kredit portfelində artım 11% olub və hal-hazırda 1 mlrd. manat təşkil edir. Kənd təsərrüfatı sahəsinə verilmiş kreditlərin həcmi də ötən il artaraq 12,5%-ə çatıb. Bank sektorunun xətti ilə verilmiş aqrar kredit portfelinin 1/3-i dövlət fondlarının, 2/3-si isə bankların öz vəsaitləri hesabına maliyyələşdirilib", - deyə Baş direktor vurğulayıb.

Toğrul Əliyev həmçinin qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bankın rəhbərliyi arasında effektiv əməkdaşlıq həyata keçirilir.

"Bu çərçivədə istər kənd təsərrüfatı, aqrar subyektlərin kreditləşməsi, istər aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı aktiv dialoqlar keçirilir, müxtəlif sənəd layihələri üzərində iş aparılır. Bunlara nümunə olaraq məhsul sertifikatkarı əsasında kənd təsərrüfatı kreditlərinin həyata keçirilməsi, suvarma sistemi ilə bağlı güzəştli kreditlərin verilməsilə bağlı sənəd layihələrini qeyd etmək olar", - deyə baş direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR