Azərbaycanda özəl sektordan vergi daxilolmaları ötən il kəskin artıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 18 yanvar 2022 16:01 (UTC +04:00)

2021-ci ildə özəl sektordan vergi daxilolmaları 24% artaraq 6,9 mlrd. manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 20,3% artaraq 4,8 mlrd. manat olub və cəmi qeyri-neft daxilolmalarında xüsusi çəkisi 75,5%-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR