Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
# 14 mart 2023 15:14 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları və 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 3,5% artıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8%-i ərzaq məhsullarının, 5,4 %-i içkilər və tütün məmulatlarının, 14,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0%-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,6%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR