Azərbaycanda qanunsuz pulköçürmə sistemlərinə qarşı mübarizə mexanizmləri formalaşdırılacaq

Azərbaycanda qanunsuz pulköçürmə sistemlərinə qarşı mübarizə mexanizmləri formalaşdırılacaq
# 28 fevral 2023 17:45 (UTC +04:00)

Qanunsuz pulköçürmə sistemlərinə qarşı effektiv mübarizə mexanizmləri formalaşdırılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ilin mart-avqust ayları ərzində terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasına, həbsinə və müsadirəsinə dair hüquqi və metodoloji bazanın hazırlanmasını, tətbiqini, eləcə də ona nəzarəti təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR