Azərbaycanda qiymətli kağızlarla repo əməliyyatlarına komissiya 3 aylıq dayandırılıb

Azərbaycanda qiymətli kağızlarla repo əməliyyatlarına komissiya 3 aylıq dayandırılıb
# 27 fevral 2023 10:35 (UTC +04:00)

Azərbaycanda üç ay müddətinə dövlət istiqrazları və Mərkəzi Bankın notları ilə repo əməliyyatlarına komissiya haqqı tətbiq edilməyəcək.

Bu barədə "APA-Economics"ə Bakı Fond Birjasından (BFB) bildirilib. Qeyd edilib ki, repo əməliyyatları bazar iştirakçılarına risk və kapital mövqelərini effektiv şəkildə idarə etməyə və qısamüddətli likvidlik ehtiyaclarını ödəməyə imkan yaradır.

Mütəşəkkil kapital bazarının stabil inkişafını stimullaşdırılması və repo əməliyyatlarının genişləndirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının tövsiyyəsini nəzərə alaraq, dövlət istiqrazları və Mərkəzi Bankın notları ilə repo əməliyyatlarına 01.03.2023-cü il tarixindən 30.06.2023-cü il tarixinədək komissiya haqqı tətbiq edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR