Azərbaycanda qızıl hasilatçısı ABB ilə 55 milyonluq kredit müqaviləsi imzalayıb

Azərbaycanda qızıl hasilatçısı ABB ilə 55 milyonluq kredit müqaviləsi imzalayıb
# 09 mart 2023 12:09 (UTC +04:00)

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Azərbaycan Beynəlxalq Bankı" ilə 55 milyon manat həcmində (32,3 ABŞ dolları) kredit müqaviləsi imzalayıb.

Bu barədə "APA-Economics"ə "Anglo-Asian Mining"dən bildirilib. Məlumata görə, yeddi illik dövriyyə krediti "Anglo Asian"ın 100% fəaliyyət göstərən törəmə şirkəti olan Azərbaycan Beynəlxalq Mədən Şirkəti ("AIMC") vasitəsilə bağlanılıb. Bu, Şirkətin genişlənmə planları üçün həm əlavə maliyyə, həm də əməliyyat çevikliyi təmin edəcək.

Qeyd edilib ki, müqavilə "Anglo Asian"ın orta müddətli inkişaf planlarının həyata keçirilməsi və onun orta səviyyəli mis əsaslı mədən şirkəti kimi qurulması üçün mühüm bir addımdır.

Xatırladaq ki, kredit müqaviləsi 1 mart 2023-cü il tarixindən 31 dekabr 2030-cu il tarixinədək olan dövrü əhatə edir.
Ödəmə müddətindən asılı olaraq kreditin manatla faiz dərəcəsi 10-12%, ABŞ dolları üzrə isə 5,5-7% təşkil edir. 2024-cü ilin yanvarın 1-dən isə yerli bazar şərtləri nəzərə alınmaqla və ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini artırmasından asılı olaraq hər bir artım üzrə kredit faizləri 0,5% artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR