Azərbaycanda sığorta bazarı 5,8% böyüyüb

Azərbaycanda sığorta bazarı 5,8% böyüyüb
# 24 may 2022 12:02 (UTC +04:00)

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta bazarı 5,8% böyüyüb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin ilk dörd ayında 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu dövrdə sığorta şirkətlərinin ödənişlərinin ümumi məbləği isə 93,418 milyon manat (48% az) təşkil edib. Hesabat dövründə sığorta bazarının zərərlilik göstərici 2 dəfə azalıb.

Belə ki, 4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı, ötən ilin eyni dövründə isə 53 manat ödənişə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR