Azərbaycanda sığorta bazarına yatırımlar 1,7 dəfə artıb

Azərbaycanda sığorta bazarına yatırımlar 1,7 dəfə artıb
# 23 aprel 2022 14:22 (UTC +04:00)

2022-ci ilin birinci rübündə Azərbaycanda sığortaya yatırılan vəsaitlər (həyatın yaşam sığortası) 1,7 dəfə artaraq 80,697 milyon manata yüksəlib.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə həyatın yaşam sığortası üzrə 45,488 milyon manat sığorta haqqı toplanıb.

Hesabat dövründə həyat sığorta şirkətləri bu növ üzrə 15,984 milyon manat ödəniş həyata keçirib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 5,1 dəfə azdır. 2021-ci ilin birinci rübündə həyatın yaşam sığortası üzrə 82,117 manat ödəniş həyata keçirilib.

Qeyd edək ki, həmin dövrdə ödənişlərin yüksək olması yerləşdirilən vəsaitlərin müddətinin bitməsi və ödənişin geri çəkilməsi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR