Azərbaycanda Sığorta Şirkəti rebrendinq edib - YENİ LOQO

Azərbaycanda Sığorta Şirkəti rebrendinq edib - YENİ LOQO
# 04 may 2022 09:52 (UTC +04:00)

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) rebrendiq edib.

Sığorta şirkətindən "APA-Economics"ə verilən açıqlamada məlumatı təsdiq ediblər. Məlumata görə, şirkətin loqosu və elektron səhifəsi yenilənib.

Qeyd edək ki, ötən ilin sonundan etibarən "Azərsığorta"nın rəhbərliyində bir sıra dəyişikliklər olub. Prezident İlham Əliyevin sərəncamı ilə Milli Depozit Mərkəzinin İH-nin sədr müavini Fərhad Adıgözəlov "Azərsığorta"nın sədri seçilib. Hazırda sığorta şirkəti yenilənmə prosesindədir və kadr dəyişiklikləri davam edir.

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanovun sözlərinə görə, 100 ildən çox tarixə malik olan Dövlət Sığorta Şirkəti Cənubi Qafqazın ən iri şirkətlərindən biri hesab olunur: "Təbii ki, zaman keçdikdə yenilənməyə, təkmilləşməyə ehtiyac yaranır. Biz rebrendinq etməklə müştərilərimizə də bu dəyişiklikləri hiss etdirməyə çalışırıq. Bütün bu işlər şirkətin artıq yeni bir inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Bizim üçün əsas meyar müştəri məmnuniyyəti səviyyəsini daha da artırmaqdır və bu istiqamətdə səylərimizi daha da gücləndiririk. Rebrendinq şirkəti inkişafa aparan bir prosesdir və bunun nəticəsində biz peşəkar komanda olaraq korporativ və fərdi müştərilərimizə daha çevik və keyfiyyətli xidmətlər və yeni məhsullar təqdim edəcəyik. Əsas məqsədimiz bazarın ən aparıcı, brend şirkətinə çevrilmək, xidmətlərimizi daha da rahat və faydalı edərək müştəri tələblərini qarşılamaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR