Azərbaycanda fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub.
"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
Son beş ayda isə (iyunun 1-nə) əhalinin müddətli manat əmanətləri 16,1% artıb.
Qeyd edək ki, 2021-ci ilin mayın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,353 mlrd. manat təşkil edirdi və 48,7%-i xarici valyutada olub.