Azərbaycanda tikinti və şəhərsalma xərcləri 7,5 mlrd. manata kimi artırılır

Azərbaycanda tikinti və şəhərsalma xərcləri 7,5 mlrd. manata kimi artırılır
# 30 may 2023 16:33 (UTC +04:00)

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinndə tikinti və şəhərsalma xərcləri ilə bağlı proqnozu 7 461,97 milyon manata kimi artırılır.

"APA-Economics" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32 % və ya 1 810 milyon manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 5 651,97 milyon manat proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR