Azərbaycanda ÜDM 5%-dən çox artıb

Azərbaycanda ÜDM 5%-dən çox artıb
# 14 noyabr 2022 16:25 (UTC +04:00)

2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 111,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,7 faiz artıb.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11032,8 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR