Azərbaycanda ÜDM istehsalı 6,2% artıb

Azərbaycanda ÜDM istehsalı 6,2% artıb
# 18 iyul 2022 12:23 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun aylarında ölkədə 63364,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artıb.

ÜDM istehsalının 53,3 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6304,9 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR