Azərbaycanda vergi daxilolmaları 2.6 mlrd. manat artıb

Azərbaycanda vergi daxilolmaları 2.6 mlrd. manat artıb
# 09 iyun 2023 12:40 (UTC +04:00)

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45% və ya 2,6 milyard manatdan çox artıb.

APA-Economics” xəbər verir ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,8% və ya 697,2 milyon manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR