Azərbaycanda vergi daxilolmaları 90% artıb

Azərbaycanda vergi daxilolmaları 90% artıb
# 15 noyabr 2022 11:01 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 mlrd. 998 mln. 858,7 min manat vergi daxil olub.

APA-Economics” xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1% və ya 6,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 mlrd. 38 mln. 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8% və ya 1,6 mlrd. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR