Azərbaycanda xarici yardım xərcləri 100 mln. manat artırılır

Azərbaycanda xarici yardım xərcləri 100 mln. manat artırılır
# 31 may 2023 14:34 (UTC +04:00)

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsində xarici yardım xərcləri ilə bağlı proqnoz 113 milyon 500 min manata kimi artırılır.

"APA-Economics" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.4 dəfə və ya 100 milyon manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində xarici yardım xərcləri 13 milyon 500 min manat proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR