Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 dəfə artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 dəfə artıb
# 01 iyul 2022 12:15 (UTC +04:00)

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə aparılan əməliyyatların həcmi 2 dəfə ataraq 870,4 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib.

Bu ilin may ayında isə xarici vətəndaşların kartla xərcləmələri ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə artaraq 184,1 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR