Xırdabuynuzlu heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti bununla bağlı “Aqrar sığorta predmetinin Tərkibi”ndə müvafiq dəyişiklik edib.
Beləliklə, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar sığortalanacaq.
Eyni zamanda sığortalanan iribuynuzlu mal-qaranın əhatə dairəsi də genişlənib. İndiyə qədər 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar aqrar sığorta predmeti olub. Dəyişikliyə əsasən, artıq südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər iribuynuzlu mal-qara sığortalanacaq.
Azərbaycanda xırdabuynuzlu heyvanlar sığortalanacaq

Maliyyə

Əmanətlərin Sığortalanması Fondu “Günay Bank”ın ləğvedicisi təyin edilib

Dünya Bankı Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yeniləyib

Hesablama Palatası Sumqayıt Tibb Mərkəzində yoxlama aparır
