Azərbaycanda xüsusi mülkiyyətlə bağlı Dövlət Komissiyası yaradılıb

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 22 aprel 2022 18:03 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçilərindən ibarət olmaqla, xüsusi mülkiyyət məsələlərinin tənzimlənməsi ilə əlaqədar xüsusi Dövlət Komissiyası yaradılıb.

APA-nın xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclasında sualları cavablandırarkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Elnur Əliyev qeyd edib ki, Azərbaycanda məhz 1992-ci ildən sonra əmlakın özəlləşdirilməsi ilə bağlı islahatlar aparılıb: “Ancaq ümumilikdə xüsusi mülkiyyətlə bağlı məsələlərin tənzimlənməsi yollarının araşdırılması üçün Azərbaycan Prezidentinin köməkçilərindən ibarət xüsusi Dövlət Komissiyası yaradılıb”.

Qeyd edək ki, qurultay nümayəndələrindən biri keçmişdə Azərbaycanda babalarının mülkiyyəti olduğu və həmin mülkiyyətlə bağlı məsələnin necə tənzimlənə biləcəyi barədə sual verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR