Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 18,6 mlrd. manatı ötüb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 18,6 mlrd. manatı ötüb
# 15 noyabr 2022 10:29 (UTC +04:00)

Bu il noyabrın 1-nə ölkə ərazisində 77.979 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-oktyabr aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard 605,9 milyon manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR