Azərbaycanda yubiley və xatirə pul nişanlarının satışı asanlaşıb

Azərbaycanda yubiley və xatirə pul nişanlarının satışı asanlaşıb
# 25 may 2022 10:54 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı yubiley və xatirə pul nişanlarının satışını asanlaşdırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar yubiley və xatirə pul nişanlarını kommersiya banklarından, Mərkəzi Bankın Bakı şəhəri və regionlarda fəaliyyət göstərən “Nağd pul ofisləri”ndən əldə edə bilər.

Xatırladaq ki, ötən ildən etibarən bu pul nişanların satışı elektron qaydada - Elektron Satış Sistemi üzərindən təşkil olunub. Bu Sistem vasitəsilə yubiley və xatirə pul nişanlarını real vaxt rejimində nağdsız qaydada əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR