Azərbaycandan çıxarılan pul baratlarının həcmi 13% artıb

Azərbaycandan çıxarılan pul baratlarının həcmi 13% artıb
# 16 sentyabr 2019 11:32 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 723 mln. ABŞ dolları məbləğində qiymətləndirilib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə daxilolmalar 495,3 mln. dollar, ödənişlər isə 227,7 mln. dollar təşkil edib.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89,5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,4%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3,1%-i isə digər daxilolmalar təşkil edib.

Hesabat dövründə ölkəyə göndərilən pul baratlarının həcmi 16% azalaraq 443,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 13,1% artaraq 192,5 mln. dollar olub. Nəticədə pul baratları üzrə 250,7 mln. dollarlıq müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 267,6 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR