Azərbaycandan MDB ölkələrinə ixrac 60,4% artıb

Azərbaycandan MDB ölkələrinə ixrac 60,4% artıb
# 18 aprel 2022 11:36 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi illik müqayisədə 1,4 dəfə artaraq 1,387,585 mln. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, ixracın həcmi illik müqayisədə 60,4% artaraq 575,361 mln. dollar, idxal isə 33,3% artaraq 812,224 mln.dollar təşkil edib.

Nəticədə, 2022-ci ilin mart ayında 236,863 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. 2021-ci ilin eyni ayında isə mənfi saldo 250,736 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR