2023-cü ilin ilk 3 ayında Azərbaycandan xaricə yatırılmış birbaşa investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.2% artaraq 289 milyon 896 min dollar təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Niderlanda 96 milyon 80 min dollar, Birləşmiş Ərəb Əmirliklərinə 22 milyon 511 dollar, Türkiyəyə isə 19 milyon 435 min dollar investisiya yatırılıb.