Azərbaycanın ABŞ-a ixracı kəskin artıb

Azərbaycanın ABŞ-a ixracı kəskin artıb
# 22 dekabr 2021 12:31 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 462,626 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,7% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ABŞ-a ixracı 3,1 dəfə artaraq 65,698 mln. dollara çatıb. İdxal isə illik müqayisədə 33% azalaraq 396,928 mln. dollara enib.

Qeyd edək ki, cari ilin ilk on bir ayında Azərbaycanın ABŞ ilə ticarətində 331,231 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 42% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR