Azərbaycanın bank sektoru ilk 4 ayı mənfəətlə başa vurub

Azərbaycanın bank sektoru ilk 4 ayı mənfəətlə başa vurub
# 24 may 2022 11:41 (UTC +04:00)

Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-aprel aylarını 248,1 milyon manat xalis mənfəətlə başa vurub.

"APA-Economics" Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 53,4 milyon manat və ya 27,4% artıb.

Azərbaycanın bank sektoru 2021-ci ilin ilk 4 ayını 194,7 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Bankların 2021-ci ilin 4 ayında faiz gəlirləri 662,6 milyon manat ikən, 2022-ci ilin ilk 4 ayında 815,3 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 236,3 milyon manatdan 327,3 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR