Azərbaycanın dövlət borcları və dövlət zəmanətli digər öhdəlikləri açıqlanıb

Azərbaycanın dövlət borcları və dövlət zəmanətli digər öhdəlikləri açıqlanıb
# 02 iyun 2023 11:04 (UTC +04:00)

2023-cü ilin 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcları və

dövlət zəmanətli digər öhdəlikləri açıqlanıb.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bu barədə məlumat verilib.

Qeyd edilib ki, ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış müqavilələr əsasında 3 (üç) ay ərzində istifadə olunmuş kreditlər və həyata keçirilmiş əsas (ana) borc ödənişləri nəzərə alınmaqla, 2023-cü il 1 aprel tarixinə birbaşa xarici dövlət borcu 6.679,7 milyon ABŞ dolları ekvivalentində olmuşdur. 2023-cü ilin 1 aprel vəziyyətinə görə 2023-cü ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 13,5 milyon ABŞ dolları və ya 0,2 faiz endirilməsinə nail olunub.

Xarici dövlət borcu portfelinin 58,2 faizini sabit, 41,8 faizini isə dəyişkən faiz dərəcəsi ilə olan borclar təşkil edib. İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 43,0 faizi 10 ilə qədər olan müddətdə, 51,1 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,9 faizi isə 20 ildən çox olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcunun 87,6 faizi ABŞ dollarında, 5,2 faizi avroda, 3,5 faizi XBH-da (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,1 faizi yapon yenində, 0,6 faizi isə digər valyutalarda cəlb olunmuşdur.

2023-cü il 1 aprel tarixinə birbaşa daxili dövlət borcu 4.368,7 milyon manat təşkil edib. Daxili dövlət borcunun məbləği cari ilin əvvəli ilə müqayisədə 180,5 milyon manat həcmində artmışdır. Bunun da səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq, habelə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə cari ilin üç ayı ərzində dövlət istiqrazlarının yerləşdirilməsi olub.

2023-cü il 1 aprel vəziyyətinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 15.724,2 milyon manat ekvivalentində olmuşdur. Məcmu dövlət borcunun 11.355,5 milyon manatı (6.679,7 milyon ABŞ dolları) və ya 72,2 faizi xarici dövlət borcunun, 4.368,7 milyon manatı və ya 27,8 faizi daxili dövlət borcunun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR