Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 16%-dək artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 16%-dək artıb
# 21 dekabr 2021 11:29 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 15,5% artaraq 4,256 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 38,2% artaraq 1,648 mlrd. dollar, idxal isə 4,6% artaraq 2,608 mlrd. dollar təşkil edib.

Nəticədə, cari ilin ilk on bir ayında 959,146 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 26,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR