Azərbaycanın qeyri-neft ixracı 16%-dən çox artıb

Azərbaycanın qeyri-neft ixracı 16%-dən çox artıb
# 04 noyabr 2022 14:33 (UTC +04:00)

Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr ayları üzrə qeyri-neft ixracının statistikası açıqlanıb.

"APA-Economics"in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 385,99 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,2% çoxdur. Təkcə cari ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik ifadədə 10,5% artaraq 269,15 mln. ABŞ dollarını ötüb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2% artaraq 2 713,40 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR