Azərbaycanın qeyri-neft ÜDM-i 11%-dən çox artıb

Azərbaycanın qeyri-neft ÜDM-i 11%-dən çox artıb
# 16 may 2022 12:14 (UTC +04:00)

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 39 554,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur.

Bildirilib ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda 0,2 %, qeyri neft-qaz sektorunda isə 11,4 % artım olub.

Qeyd edək ki, ÜDM istehsalının 54,8 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 %-i digər sahələrin payına düşüb.

Ölkədə adambaşına düşən ÜDM-in dəyəri 3 938 manat olub. Bu isə 57,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR