Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 184,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 0,54% çoxdur.
"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 183,7 mln. dollar təşkil edib.
Məlumata görə, noyabr ayında isə Azərbaycan 18,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 24,1% azdır.