Azərbaycanın tədiyə balansının qalığı 3,1 dəfə artıb

Azərbaycanın tədiyə balansının qalığı 3,1 dəfə artıb
# 30 mart 2023 10:59 (UTC +04:00)

2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı 9,4 milyard ABŞ dolları təşkil edib.

APA-Economics” xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur.

Belə ki, 2021-ci ildə ölkənin tədiyə balansının qalığı 3,08 milyard dollara bərabər olub.

Qeyd edək ki, 2022-ci il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 23.5 mlrd. dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 mlrd. dollar kəsir yaranıb, ehtiyat aktivləri 9.4 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 104 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 mlrd. dollar səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR