Azərbaycanın xarici iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 5.9 mlrd. ABŞ dolları təşkil edib

Azərbaycanın xarici iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 5.9 mlrd. ABŞ dolları təşkil edib
# 15 sentyabr 2022 16:33 (UTC +04:00)

Bu ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 5.9 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bunun 3.6 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.3 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.4% artaraq 1.3 mlrd. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 968.2 mln. dollar (0.9% azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 363.6 mln. (12.4% artım) təşkil edib. Qarşılıqlı xidmətlər dövriyyəsinin 36.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 60.4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.3 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.9 mlrd. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 6.9%, idxalı isə 18.1% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin 6 ayında 14.4% artaraq 445.6 mln. dollara yüksəlib. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ilin 6 ayında 389.5 mln. dollar olub. 2022-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq 739.6 mln. dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (424.8 mln. dollar) ixracı (314.8 mln. dollar) üstələməsi nəticəsində 110 mln. dollar həcmində kəsir yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.3 dəfə artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 424.8 mln. dolar olub. Bunun 83.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 13.8 dəfə artaraq 22.9 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 1.6 dəfə artaraq 0.5 mlrd. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR