Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin artıb
# 18 may 2022 17:48 (UTC +04:00)

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ölkələrlə xarici ticarət dövriyyəsi 60,4% artaraq 15,863 milyard ABŞ dollarına çatıb.

"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 9,893 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsinin 74,5%-i və ya 11,823 milyard ABŞ dolları ixracın, 25,5%-i və ya 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə müvafiq olaraq ixrac 85,8%, idxal isə 14,5% artıb.

Nəticədə, xarici ticarətdə müsbət saldo 2,7 dəfə artaraq 7,783 milyard ABŞ dollarına yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR