Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son bir ildə kəskin artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son bir ildə kəskin artıb
# 17 iyul 2019 17:45 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət dövriyyəsinin həcmi 313,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32 dəfə çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 2,4 dəfə artaraq 23 mln. dollara, idxalın həcmi isə 2,2 dəfə artaraq 290,6 mln. dollara bərabər olub.

Hesabat dövründə 267,6 mln. dollar mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR