“Azərboru” ötən il zərərlə işləyib - HESABAT

Azərboru

© APA | Azərboru

# 07 iyul 2022 16:05 (UTC +04:00)

“Azərboru” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, ASC ötən ili zərərlə başa vurub.

Belə ki, 2021-ci ildə “Azərboru”nun satış gəlirləri 316,8 min manat (2020-ci ilə nisbətən 2,9 dəfə az), sair gəlirləri 1,024 milyon manat (42,2 % çox), cəmi gəlirləri isə 1,340 milyon manat (18,9% az) təşkil edib. Şirkətin inzibati xərcləri 972 min manat (8,1% az), mənfəət vergisi ödəməsi 73,7 min manat (38,6% az), vergidə nəzərə alınmayan xərcləri isə 556,7 min manata (3,1 dəfə çox) bərabər olub.

Nəticədə “Azərboru” ötən ili 261,7 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2020-ci ildə 651,5 min manat xalis mənfəət əldə etmişdi.

31 dekabr 2021-ci il tarixinə şirkətin cəmi aktivləri 16,8% azalaraq 8,685 milyon manat, cəmi öhdəlikləri 11 % azalaraq 12,116 milyon manata enib. “Azərboru”nun kapital çatışmazlığı isə 8,2% artaraq 3,431 milyon manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR