"AzerGold" 23,7 milyon manatlıq tenderin nəticəsini açıqlayıb

"AzerGold" 23,7 milyon manatlıq tenderin nəticəsini açıqlayıb
# 21 aprel 2022 16:46 (UTC +04:00)

"AzerGold" QSC keçirdiyi iki tenderin nəticəsini açıqlayıb.

APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, QSC-nin geoloji kəşfiyyat, yeraltı mağara keçmə, topoqrafik planalma və hidrogeoloji monitorinq tədqiqatlarının aparılması ilə bağlı tenderin qalibi "Blasto" QSC olub. "AzerGold" istehsalat üçün kimyəvi maddələrin satın alınması ilə bağlı isə “Fuad-Kimya Servis” MMC ilə müqavilə bağlayıb.
Qalib şirkətlərə müvafiq olaraq 21,55 milyon manat və 2,2 milyon manat ödəniləcək. İki tenderin ümumi məbləği 23,7 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR