“Azəri Star Mikromaliyyə” ötən kiçilib və zərərlə üzləşib

“Azəri Star Mikromaliyyə” ötən kiçilib və zərərlə üzləşib
# 09 iyun 2023 10:21 (UTC +04:00)

“Azəri Star Mikromaliyyə” bank olmayan kredit təşkilatı(BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Azəri Star Mikromaliyyə” 54 min 372 manat xalis zərər açıqlayıb. 2021-ci ildə təşkilat 49 min 752 manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə təşkilat müştərilərə 219 min manat (illik müqayisədə 19% az) kredit verərək 15.5 min manat ( illik müqayisədə 40.8% az) faiz gəliri əldə edib. Bu dövrdə ümumi xərcləri (69,9 min manat) gəlirlərindən çox olan təşkilat zərərlə üzləşib.

Ötən il “Azəri Star Mikromaliyyə” kiçilib. Belə ki. 2022-ci ildə təşkilatın cəmi aktivləri 12.4% azalaraq 251.3 min manata bərabər olub. Bu dövrdə təşkilatın cəmi aktivlərinin 87%-ni kredit portfeli təşkil edib.

2023-cü il yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 246,4 min manat təşkil edib ki, bu da illik müqayisədə 12.6% azdır.

Qeyd edək ki, 610 min manat nizamnamə kapitalı olan təşkilatın yığılmış zərəri 623,8 min manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR