"Azəristiliktəchizat"ın yığılmış zərəri 10 milyon manatdan çox artıb

"Azəristiliktəchizat"ın yığılmış zərəri 10 milyon manatdan çox artıb
# 05 iyul 2022 09:35 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC-nin 2021-ci ilin maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" ASC-nin hesabatına istinadən xəbər verir ki, dövlət şirkətinin yığılmış zərəri əvvəlki ilə nisbətən 11,7% və ya 10,371 milyon manat artaraq 98,917 milyon manata çatıb. Belə ki, 2020-ci ilin sonunda "Azəristiliktəchizat"ın yığılmış zərəri 88,545 milyon manat olmuşdu.

Qeyd edək ki, ASC-nin yığılmış zərəri şirkətin 92,761 milyon manat kapital ehtiyatlarını silib. Dövlət şirkəti ötən il üzrə mənfəət və zərər hesabatını açıqlamayıb. Bununla belə yığılmış zərərin 10 milyon manatdan çox artması "Azəristiliktəchizat"ın 2021-ci ili xalis zərərlə vurduğunu deməyə əsas verir.

2021-ci ilin sonuna "Azəristiliktəchizat" ASC-nin cəmi aktivləri 1% artaraq 189,678 milyon manata, o cümlədən qısamüddətli debitor borcları 11,1% artaraq 20,121 milyon manata yüksəlib. ASC-nin cəmi kapitalı 6,5% azalaraq 130,528 milyon manata, cəmi öhdəlikləri isə 25,5% artaraq 59,150 milyon manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR