"Azərkosmos" optik peyk xidmətlərindən əldə etdiyi gəlirləri kəskin artırmaq niyyətindədir

"Azərkosmos" optik peyk xidmətlərindən əldə etdiyi gəlirləri kəskin artırmaq niyyətindədir
# 23 iyul 2019 16:17 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünü ilə müqayisədə 47% çoxdur. Cari ilin sonuna gəlirlərin 45 mln. dollara çatacağı proqnozlaşdırılır.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə gəlirin 90%-i peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və Birləşmiş Ərəb Əmirlikləridir. Ümumilikdə, ilin birinci yarısında əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 mln-dan çox auditoriyası var.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR