“Azərkosmos”un gəlirləri ötən il 6,4% artıb

“Azərkosmos”un gəlirləri ötən il 6,4% artıb
# 29 aprel 2022 17:38 (UTC +04:00)

2021-ci il ərzində Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un əsas fəaliyyətdən gəlirləri 2020-ci il ilə müqayisədə 6,4% artaraq 57,8 mln. manat olub.
APA-Economics” xəbər verir ki, bu barədə Agentliyin 2021-ci ilin yekunlarına dair maliyyə hesabatında bildirilib. Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin 90%-i peyk xidmətlərinin ixracından formalaşır. Şirkətin EBİTDA marjası isə artaraq 54%-dən 73%-ə çatıb. Maliyyə nəticələrini əks etdirən hesabata əsasən Azərkosmos 2021-ci ili 14,5 mln. manat xalis mənfəətlə başa vurub. 2021-ci il üzrə gəlirin artımında peyk xidmətlərinin əhatə coğrafiyasının genişləndirilməsinin xüsusi rolu olub.
“Azərkosmos”un ümumi öhdəlikləri 2021-ci ilin sonuna 2020-ci ilə nisbətdə 82.9 milyon manat və ya 13,7% azalaraq 521,7 mln. manata enib. “Azərkosmos”un öhdəlikləri peyk layihələri ilə bağlı götürülən kreditlərdir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtı-vaxtında geri ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR