"Azərsığorta" 10 filialını ləğv edib

"Azərsığorta" 10 filialını ləğv edib
# 25 iyul 2022 10:06 (UTC +04:00)

"Azərsığorta" ASC 10 filialını ləğv edib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, ləğv edilən filiallar Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şabran, Qusar, Şamaxı, Qax, və İsmayıllı filiallarıdır.

Qeyd edilir ki, qərar Şirkətin İdarə Heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərlərinə məktub göndərilib. Məktubda filialların ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması və fəaliyyətin rentabelli olmaması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR