"Azərsu" 5 milyon manatlıq tenderin qalibini açıqlayıb

"Azərsu" 5 milyon manatlıq tenderin qalibini açıqlayıb
# 08 avqust 2022 10:17 (UTC +04:00)

"Azərsu" ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması üzrə tenderə yekun vurub.

APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC seçilib.

Müqavilənin ümumi dəyəri 5,115 milyon manatdır. Qeyd edək ki, şirkət 2025-ci ilin sonuna kimi müqavilə üzrə su təchizatı və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı işləri başa çatdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR