“AzFinance” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “AzFinance” 3438 manat zərər edib. 2021-ci ildə təşkilat 678 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə təşkilatın kredit portfeli 20.6% artaraq 319.5 min manat, cəmi gəlirləri isə 6 dəfə artaraq 79.7 min manat təşkil edib. Bu dövrdə şirkətin ümumi xərcləri 83.1 min manat(illik müqayisədə 6.8 dəfə çox) olduğundan təşkilat zərərlə üzləşib.
2022-ci ildə təşkilatın cəmi aktivləri 7.4% və ya 25.8 min manat artaraq 374.2 min manat, cəmi öhdəlikləri isə 62% və ya 29.5 min manat artaraq 77 min manat təşkil edib.
2023-cü ilin yanvar ayının 1-nə “AzFinance” BOKT-un cəmi kapitalı 297,2 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 1.2% azdır.