“Azfinance İnvestisiya Şirkəti” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 19% azalaraq 705 min 217 manat təşkil edib. 2021-ci ildə şirkət 870 min 482 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin cəmi gəlirləri 5.8% azalaraq 2 milyon 433.6 min manat, cəmi xərcləri isə 3% azalaraq 1 milyon 474,4 min manat təşkil edib. Eyni dövrdə investisiya şirkətinin əməliyyat mənfəəti 980,5 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 10.7% azdır.
2022-ci ildə “Azfinance İnvestisiya Şirkəti”nin cəmi aktivləri 60.3% və ya 3 milyon 45.8 min manat artaraq 8 milyon 97.5 min manat, cəmi öhdəlikləri isə 2.2 dəfə və ya 2 milyon 441.4 min manat artaraq 4 milyon 496.8 min manat təşkil edib.
2023-cü il yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 3 milyon 600.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 20.2% çoxdur.
“Azfinance İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin 84.97%-i Abid Mamedova, 15.03%-i isə İntiqam Səfərəliyeva məxsusdur.